Kipr millisinin baş məşqçisi: "Komandam fantastik oynadı"

Kipr millisinin baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsinin IV turunda Azərbaycanla matçdan (0:0) sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, komandasının fantastik oynadığını söyləyib:

“Mən komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı. Bəlkə onlar bacardıqlarının daha artığını etmək istədilər. Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdu və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right