De Byazinin İtaliya millisinə keçidi niyə baş tutmayıb?

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin İtaliya yığmasında işləmək variantı var imiş.

 

Newsport.az-ın məlumatına görə, o, 2016-cı ildə İtaliya Futbol Federasiyasından təklif alıb.

Federasiyanın sabiq prezidenti Karlo Tavekkio bildirib ki, əvvəlcə Fabio Kapello və Roberto Donadoni ilə danışıqlar aparsalar da, ancaq razılıq əldə etməyib. Bundan sonra De Byazi variantı yaranıb: "Fabio Kapello və ya Robero Donadoni variantlarını fikirləşirdik. Ancaq alınmadı. Bundan sonra siyahıda Canni De Byazi ilə Campyero Venturanın adları qalmışdı. Albaniya Futbol Federasiyasının prezidenti Arman Duka FIFA-nın işinə qarışaraq, De Byazinin qarşısını kəsdi".

Canni De Byazi bu ilin avqustundan Azərbaycan yığmasını çalışdırır. O, 2011 - 2017-ci illərdə Albaniya millisinə rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right