"Barselona"ya kubokları Qvardiola yox, Messi qazandırdı"

Almaniyalı mütəxəssis Feliks Maqat Pep Qvardiolanı tənqid edib.

Newsport.az-ın məlumatına görə, "Bavariya"nın sabiq baş məşqçisi "Sport Bild"ə açıqlamasında ispaniyalının hələ "Barselona"da ikən qazandığı uğurları Lionel Messiyə borclu olduğunu, sonrakı iş yerlərində həmin nəticələrin davamını gətirə bilmədiyini söyləyib:

"Barselona"ya kubokları Qvardiola yox, Messi qazandırdı. Messisiz onun sistemi heç vaxt uğurlu olmazdı. Necə ki, nə "Bavariya"da, nə də "Mançester Siti"də eyni nticələri təkrarlaya bildi.

"Tki-taka" sadəcə rəqibdən texniki cəhətdən çox üstün futbolçularınız olanda işə yarayır. Azarkeşlər üçün də belə futbol cansıxıcıdı və böyük komandaların buna ehtiyacı yoxdu. Buna görə də Qvardiola əhəmiyyətli matçlarda əsasən məğlubiyyətlə üzləşir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right