Yohan Valem: "Yaxşı komandaya qarşı oyunumuz var"

Kipr millisinin baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsinin IV turunda sabah Azərbaycan yığmasına qarşı matç barədə danışıb.

Newsport.az-ın məlumatına görə, o, nəticə üçün döyüşəcəklərini söyləyib:

"Sabah yaxşı bir komandaya qarşı oyunumuz var. Ancaq komandama və istədiyimiz oyunu göstərəcəyimə inanıram. Başa düşürəm ki, hər kəs - komanda, texniki heyət, federasiya rəhbərliyi, azarkeşlər ən qısa zamanda yaxşı nəticələr qazanmağımızı istəyir. Nəticə üçün döyüşəcəyik. Komandamız heç vaxt meydana neqativ fikirlərlə çıxmır".

Albaniyadakı "Elbasan Arena"da keçiriləcək Azərbaycan - Kipr matçı sabah saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right