"Qarabağ"ın sabiq üzvü "Liverpul"un hədəfində

"Liverpul" Alisson Bekkerin zədələnməsindən sonra qapı xəttinə yeni oyunçu almağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Mersisayd təmsilçisinin transfer siyahısına daxil etdiyi 5 qapıçıdan biri "Qarabağ"ın sabiq üzvü Asmir Beqoviçdir.
 
Hazırda "Bornmut"da çıxış edən 33 yaşlı bosniyalı qolkiperlə yanaşı, Daniel Subaşiç, Mişel Vorm, Rob Elliot və "Aston Villa"dan Oryan Niland da "Liverpul"un maraq dairəsindədir.

Xəbərdə bildirib ki, "Bornmut" "Liverpul"un təklifini nəzərdən keçirməyə hazırdır. Çünki 2017-ci ildə 10 milyon avroya "Çelsi"dən transfer edilən qapıçı mövsümün sonunda azad agent statusu alacaq. Bu isə o deməkdir ki, klub Beqoviçi mövsümün sonuna qədər satmasa, ondan gəlir götürməyəcək.

Xatırladaq ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right