"Vilyarreal"ın hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal"ın  aparıcı futbolçularından hesab olunan Jerar Moreno zədələnib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı hücumçu məşq zamanı sol ayaq budundan xəsarət alıb.

Oyunçunun, təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Buna görə də o, qrup mərhələsinin 2-ci turunda  "Qarabağ"la matçı buraxa bilər.

Morenonun komandaya qayıtma müddətinin  zədənin sonrakı vəziyyətindən asılı olacağı qeyd olunub.

Xatırladaq ki, 29 oktyabrda keçiriləcək  "Qarabağ" – “Vilyareal” qarşılaşması 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right