Modriç "Real"da qalmaq istəyir

Luka Modriç "Real"dakı gələcəyindən danışıb.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi Madrid klubunda qalmaq istədiyini söyləyib:

"Əlbəttə, "Real"da qalmaq istəyirəm. Amma müəyyən bir yaşa gəldiyimin də fərqindəyəm. Komandanın vacib hissəsi olduğum müddətcə burda qalmağı düşünürəm. Bunun əksi olduqda isə yeni macəralar axtarmağa başlayacam. Anaq hələlik bu mövzular gündəmimizdə deyil. Özüm üçün hər hansı sərhəd müəyyənləşdirməmişəm".

Modriçin "Real"la müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Tərəflər yeni sözləşmə ilə bağlı müzakirələrə başlamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right