Monteneqrolu qapıçı: "Meydan yaxşı olsaydı, daha çox qol vurardıq"

Monteneqro millisinin qapıçısı Milan Miyatoviç Millətlər Liqasında Azərbaycan yığması üzərndə qələbə barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı qapıçı ardıcıl 3-cü qələbəyə görə sevindiklərini söyləyib:

"Əvvəlki oyunlarda olduğu kimi, Azərbaycanla matçda qazandığımız qələbədə də hamımızın rolu oldu. Lüksemburqla görüşdə son dəqiqələrdə zərbəyə yaxşı reaksiya göstərdim və qol vuraraq səfərdən üç xalla qayıtdıq. İndiyə qədər bütün görüşlərdə qələbə qazanmışıq. Bu, bizim üçün yaxşı başlanğıcdır. Qol buraxmadan qələbə qazanmaq çox şey deməkdir. Bu, futbolçularda özünəinamı artırır. Sadəcə, bu ritmlə davam etmək lazımdır".

Miyatoviç Azərbaycanın qapılarına doğru ciddi zərbə endirmədiyini söyləyib: "Ancaq biz yaxşı oynadıq. Meydanda şərtlər yaxşı olsaydı, daha çox qol vurardıq. İstənilən halda, qələbəyə görə şadıq".

 

O, Millətlər Liqasında qrup mərhələsinə 6 qələbə ilə başa vurmağı arzuladığını vurğulayıb: "İnanıram ki, bunu reallaşdıra bilərik. Bir qol buraxmadan bunu etmək isə ən gözəl olar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right