Alaba “Yuventus"la ilkin müqavilə imzaladı

“Yuventus” “Bavariya”nın futbolçusu David Alabanın transfer etməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi Turin klubu ilə ilkin müqavilə imzalayıb. Bildirilib ki, avstriyalı oyunçu Münhen təmsilçisi ilə müqaviləsinin müddəti başa çatacağı bu mövsümdən sonra azad agent kimi "Yuventus"a keçəcək.

Qeyd edək ki, bundan əvvəl Alaba Bundesliqa klubundan illik 25 milyon avro maaş olmaqla 5 illik müqavilə tələb etmişdi.

Xatırladaq ki, 2011-ci ildən “Bavariya”da oynayan  D.Alaba bu müddət ərzində 389 matça çıxaraq, 31 qol vurub və 49 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right