Şehiçdən Gəncədə törədilən terror aktına reaksiya Foto

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə  biganə qalmayıb.

Newsport.az-ın məlumatına görə, hazırda Türkiyə "Konyaspor"unda çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün "Feysbuk" səhifəsində paylaşım edib. O, üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"da oynayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right