"Atletiko"nun oyunçusu əməliyyat olundu

“Atletiko”nun futbolçusu Şime Vrsalko ən az dekabr ayının sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi sol dizindən 3-cü dəfə əməliyyat olunub. Buna görə də xorvatiyalı oyunçu ən az 2 ay komandasına kömək edə bilməyəcək.

Vrsalkonun 2019-ci ilin yanvar ayından- “İnter”də icarə əsasında çıxış etdiyi vaxtlardan dizində problemlər yaranıb. O, bu səbədən son 1 il 9 ayda cəmi 7 matçda iştirak edib.

Qeyd edək ki, Ş.Vrsalko “Atletiko”ya 2016-cı ildə “Sassuolo”dan keçib. Oyunçu Xorvatiya millisinin də üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right