A seriyasının ən çox qazanan futbolçuları Ronaldo birincidir

"La Gazzetta dello Sport" nəşri İtaliya A seriyasının ən çox qazanan futbolçularının siyahısını dərc edib.

Newsport.az-ın məlumatına görə, siyahının ilk pilləsində "Yuventus"un hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. O, vergiləri çıxmaq şərti ilə ilinə 31 milyon avro qazanır. Portuqaliyalı oyunçunun komanda yoldaşı Matteys de Liqt 8 milyon avro ilə 2-ci pillədə qərarlaşıb. Romelu Lukaku ("İnter"), Edin Ceko ("Roma"), Kristian Eriksen ("İnter") 7,5 milyon avro ilə 3-5-ci pillələri bölüşdürürlər.

A seriyasının ən çox qazanan 10 oyunçusu

 

1. Kriştiano Ronaldo ("Yuventus") – 31 milyon avro;

2. Matteys de Liqt ("Yuventus") – 8 milyon

3-5. Romelu Lukaku ("İnter") – 7,5 milyon

3-5. Edin Ceko ("Roma") – 7,5 milyon

3-5. Kristian Eriksen ("İnter") – 7,5 milyon

6. Paulo Dibala ("Yuventus") – 7,3 milyon

7-10. Zlatan İbrahimoviç ("Milan") – 7 milyon

7-10. Aleksis Sançes ("İnter") – 7 milyon

7-10. Adrien Rabyo ("Yuventus") – 7 milyon

7-10. Aaron Remzi ("Yuventus") – 7 milyon





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right