Rusiya millisinin sabiq üzvü dünyasını dəyişdi

Rusiya millisinin, SSRİ-nin və "Spartak"ın sabiq futbolçusu Vasili Kulkov dünyasını dəyişib.

Newsport.az-ın məlumatına görə, keçmiş yarımmüdafiəçi 54 yaşında vəfat edib.

Koronavirusa yoluxan Kulkov bu gün onkoloji əməliyyat keçirməli idi. O, reanimasiyada dünyasını dəyişib.

Qeyd edək ki, Vasili Kulkov 1989-cu ildə "Spartak"ın heyətində SSRİ çempionu olub. O, Portuqaliyada "Benfika" (1993/1994) və "Portu" (1994/1995) ilə də eyni uğuru təkrarlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right