"Bavariya"nın növbəti 2 ev oyununa azarkeş buraxılmayacaq

“Bavariya” növbəti iki ev matçını boş tribunalar önündə oynayacaq.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin rəhbərliyi ev qarşılaşmaları keçirilən stadionun ən az oktyabrın 25-nə qədər azarkeşlər üçün qapalı olacağına qərar verib.

Bundesliqa təmsilçisi oktyabrın 21-də Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”nu,  oktyabrın 24-də isə Bundesliqanın 5-ci turunda “Ayntraxt”ı qəbul edəcək. Verilən qərara əsasən, hər iki görüşdə azarkeşlər iştirak etməyəcək.

Qeyd edək ki, UEFA klub rəhbərliyinin şərait yaradacağı halda matlara stadionun tutumunun 30 faizi qismində azarkeş buraxılmasına icazə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right