"O komandada oynamaq arzumdur" - Poqba

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın “Real”a keçəcəyi ilə bağlı xəbərlər yenidən gündəmdədir.

Newsport.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi bu məsələyə münasibət bildirib. O, Britaniya mətbuatına açıqlamasında “Real”da oynamaq istədiyini etiraf edib: “Bəli, hər bir futbolçu “Real”da oynamaq istəyir. Bu, hər kəsin arzusudur. Elə mənim də arzum bu komandada oynamaqdır.

Niyə bu arzunu nə vaxtsa reallaşdırmayım? Amma hazırda Mançesterdəyəm və klubumu da sevirəm”.

Qeyd edək ki, Poqba 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right