"Azərbaycan millisinə şans vermədik" - Slovakiyalı oyunçu

"Asan oyun olmadı. Qələbə qazandığımız üçün xoşbəxtik. Üç xala görə məmnunuq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Slovakiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının müdafiəçisi İvan Mesik Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Matçın 90+4-cü dəqiqəsində qələbə qolunu vuran 19 yaşlı oyunçu yığmamıza qarşı yaxşı müdafiə olunduqlarını bildirib: “Rəqibə çoxlu şans vermədik. Müdafiə olunduq və bütün boş sahələri bağladıq. Müdafidə güclü olmasaydıq, uduza da bilərdik. Məşqçilər hücumdan qorxmamağı tapşırır. Mən də bu tapşırığı yerinə yetirirəm”.

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan yığması Avro-2021-in final mərhələsinə yüksəlmək şansını itirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right