"Kiməsə yuxarıdan aşağı baxacaq vəziyyətdə deyilik" - Monteneqrolu hücumçu

“İlk iki oyunda 6 xal qazanmışıq. Bəlkə də, ən vacib olanı belə start götürmək idi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Millətlər Liqasında millimizin rəqibi olan Monteneqro yığmasının üzvü Aleksandar Boleviç deyib.

O, yerli mətbuata açıqlamasında oktyabrın 10-da millimizlə keçiriləcək oyuna da 3 xal üçün çıxacaqlarını bildirib: “Bununla kifayətlənə, zəif oynaya bilmərik. Azərbaycanla qarşılaşmada bu iki qələbəni haqq etdiyimizi təsdiqləyə və yeni qazanılacaq üç xalla hədəfimizə yolu asanlaşdıra bilərik. Hələlik rəqibin oyununa baxmamışıq və analiz etməmişik. O vəziyyətdə deyilik ki, kiməsə yuxarıdan aşağı baxaq”.

25 yaşlı hücumçu əlavə edib ki, yığmamızla qarşılaşmaya maksimum dərəcədə hazır olmalıdırlar: "Lüksemburqla qarşılaşmanın ikinci hissəsində fiziki cəhətdən çətinlik çəkirdik. Lakin artıq liqalar start götürüb. Hiss edirəm ki, indi fiziki baxımdan daha hazırlıqlıyıq. Düşünürəm ki, əvvəlki iki matçdan daha yaxşı oyun göstərə bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right