"Messi "Barselona"dan atıldığımı düşünür" - Suares

“Messinin reaksiyasına təəccüblənmədim. Çünki onu çox yaxşı tanıyıram, onun keçirdiyi ağrıları bilirəm. Mənimlə eyni hissi keçirir".
 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Barselona”dan “Atletiko”ya transfer olunan  Luis Suares deyib. 33 yaşlı hücumçu Kataloniya klubundan ayrılması haqda danışarkən komanda yoldaşı və dostu Lionel Messinin onun gedişinə çox üzüldüyünü bildirib:
 
“Messi mənim klubdan atıldığımı düşünür. Bu məsələni düzgün həll etməyin başqa yolları var idi. Klubda altı uzun il keçirdim. Messi mənim dostumdur.
 
Ailəm də məni xoşbəxt görmək istədi. “Barselona”da bəzi qəribəliklər var. Məsələn, növbəti maçda meydana buraxmağı planlaşdırmırlarsa, sizi ayrı məşqə göndərirlər. Belə hallar məni incitdi. Ailəm də bunun mənə necə təsir etdiyini görürdü. Ona görə də fürsətdən istifadə etməyimi məsləhət gördülər. “Atletiko” mənə transfer təklifi göndərəndə bir saniyə belə tərəddüd etmədim. Əlbəttə ki, hələ çox şeyə alışmalıyam. Amma “Atletiko”da özümü çox yaxşı hiss edirəm”.
 
Qeyd edək ki, L.Suares Madrid təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right