Azərbaycandan ayrılan mütəxəssis ərəb ölkəsində işləyəcək: "Səhrada ot yetişdirəcəyik"

Azərbaycanda stadionların ot örtüyünə qulluq edən, bir müddət öncə isə ölkəmizdən ayrılan Fil Şarplesin yeni iş yeri müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, bu barədə ingiltərəli mütəxəssis özünün "Facebook" səhifəsində paylaşım edib.

 

O bildirib ki, bundan sonra Səudiyyə Ərəbistanında fəaliyyət göstərəcək: "Növbəti təyinat. Ər-Riyadda 5 ay. Səhrada ot yetişdirəcəyik".

 

Qeyd edək ki, Fil Şarples Azərbaycanda Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right