Ronaldunun villası qarət olundu

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu xoşagəlməz hadisə ilə üzləşib.

 

Newsport.az-ın məlumatına görə, portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub.

 

Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.

 

Qeyd edək ki, Kriştianu Ronaldunun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right