“Təyinatı biabırçılıqdır” – AFFA-nın keçmiş texniki direktoru barədə fikir

Qana millisinin sabiq futbolçusu Məhəmməd Polo AFFA-nın keçmiş texniki direktoru Bernhard Lipperdin yerli federasiyada eyni vəzifədə təyinatını sərt tənqid edib. 

 

Newsport.az xəbər verir ki, əfsanəvi futbolçu yerli mətbuata açıqlamasında bunu biabırçılıq adlandırıb. 


64 yaşlı veteran hücumçu bildirib ki, almaniyalı mütəxəssis Qana futboluna bələd deyil: “Bizim fərqli oyun tərzimiz var. Yeni texniki direktor isə bunu bilmir. Başa düşmürəm, o, bizə nə qazandıra bilər? Əcnəbinin bu posta təyinatı biabırçılıq və yerli mütəxəssislərə hörmətsizlikdir”.  


Lippert məşqçi və məşqçi-müəllimlərin təlimatı sahəsində FIFA eksperti sayılır. 58 yaşlı mütəxəssis Azərbaycanda 2008-ci ildən çalışmağa başlayıb. O, U-17, U-19 və U-21 yığmalarının baş məşqçisi də olub.


Qeyd edək ki, Məhəmməd Polo 1973 - 1985-ci illərdə Qana millisinin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right