Millimizin futbolçusu “Başakşəhər”lə müqavilə imzaladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Serhan Üresin klubu “Başakşəhər”lə yeni müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə peşəkar sözləşməyə qol çəkib.

Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.

Qeyd edək ki, “Başakşəhər” ötən mövsüm Türkiyə Super Liqasının çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right