Millimizin futbolçusu koronavirusa yoluxdu

Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyev koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, Çexiyanın "Viktoriya Jijkov" klubunda çıxış edən futbolçu ev şəraitində karantinə alınıb. Bu səbəbdən o, SLovakiyaya qarşı oyun üçün U-21 yığmasına qoşula bilməyəcək.

Nəbiyev oktyabrın 13-dək ev şəraitində karantində qalacaq. Testin nəticəsinə uyğun olaraq bundan sonra o, məşqləri bərpa edəcək.

Çexiyada son günlər koronavirusa yoluxma sayı sürətlə artır. "Viktoriya Jijkov"da Fəriddən başqa da bir neçə futbolçunun test nəticəsi müsbət olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right