“Qarabağ”la ayaqlaşa bilmirdik, çox cəld oynayırdılar"

“Legiya”nın Avropa Liqasının qrup mərhələsinə yüksəlməməsindən məyusam. Amma “Qarabağ”la matçın gedişatına baxanda təəssüf ki, bu görüşdə deməyə sözümüz yox idi”.

Newsport.az-ın məlumatına görə, bunu “Legiya”nın sabiq kapitanı İvitsa Vrdolyak komandanın Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduğu matçı dəyərləndirərkən deyib.

2010-2016-cı illərdə Varşava təmsilçisinin formasını geyinmiş keçmiş yarımmüdafiəçi Azərbaycan çempionunun daha böyükhesablı qələbəyə layiq çıxış etdiyini söyləyib:

“Qarabağ” 6:0 hesabı ilə qalib gələ bilərdi. Halbuki iki komanda arasında elə böyük fərq yoxdur. “Legiya” cəmi bir qol vəziyyəti yaratdı, Joel Valensiya yaxın məsafədən yararlana bilmədi.

Komandamız özünü zəif göstərdi, “Qarabağ”ın futbolçuları isə çox cəld oynayırdılar, “Legiya”lılar onlarla ayaqlaşa bilmirdi. Azərbaycanlılar 1-2 toxunuşlu ötürmələrlə oynadı və üstünlüyündən istifadə etdi.

Futbol komanda oyunudur və “Qarabağ” kollektiv olaraq hər cəhətdən daha yaxşı olduğunu göstərdi. “Qarabağ” mübarizə aparmaqla yanaşı, yaxşı futbol oynamağın vacibliyini də ortaya qoydu”.

Avropa Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” burada “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right