“Azərbaycan millisinin hücumda bacarıqlı futbolçuları var”

“Bizi Azərbaycan yığması kimi güclü rəqib gözləyir”.

Newsport.az-ın məlumatına görə, bunu Slovakiya U-21 millisinin baş məşqçisi Yaroslav Kentoş deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oktyabrın 8-də keçiriləcək matçı barədə fikirlərini açıqlayıb. Kentoş millimizin güclü rəqib olduğunu bildirib:

“Bu komanda müdafiədə çox yaxşı təşkil olunub. Azərbaycan millisinin hücumda bacarıqlı futbolçuları var. Onlar topla yaxşı oynayır, həmçinin digər fərdi texniki keyfiyyətlərə malikdir”.

Oktyabrın 8-də baş tutacaq Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right