Kipr millisi Bakıya itki ilə gələcək

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr komandasının futbolçusu Nikolas İoannu yığmamızla matçı buraxacaq.
Newsport.az-ın məlumatına görə, hazırda İngiltərənin "Nottingem Forest" klubunda çıxış edən futbolçu ölkəsinə yollana bilmədiyi üçün növbəti görüşlərdə iştirak edə bilməyəcək. Onun yalnız yalnız gözlənilməz hallar istisna olmaqla sözügedən ölkəni tərk edə biləcəyi bildirilir.

Kipr yığması oktyabrın 7-də Çexiya, 10-da Lüksemburq, 13-də isə Bakıda Azərbaycan millisi ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right