"Yuventus” - “Napoli” oyunu keçirilmədi

İtaliya A Seriyasının 3-cü turunda oktyabrın 4-ü oynanılması nəzərdə tutulan "Yuventus” - “Napoli” matçı keçirilməyib.

Newsport.az-ın məlumatına görə, buna qonaq komandanın koronavirus səbəbindən oyuna gəlməməsi səbəb olub.
 
Belə ki, Turin klubu stadiona gələrək  görüş üçün start heyətini açıqlayıb. Ancaq Neapol səhiyyə xidməti komandada koronavirus səbəbindən “Napoli”nin Turinə yollanmasına qadağa qoyub. Lakin A Seriyası nümayəndələri oyunu təxirə salmağa əsas görmədiyini elan edib. Buna görə qonaq komandaya texniki məğlubiyyət verilməsi gözlənilir.
 
Qeyd edək ki, “Yuventus” – “Napoli” matçı oktyabrın 4-ü Bakı vaxtı ilə saat 22:45-də başlamalı idi.

 

Xatırladaq ki, "Napoli" sentyabrın 27-i "Cenoa" ilə oynayıb. Bundan sonra "Cenoa"da 14 nəfərdə koronavirus aşkarlanıb. Daha sonra "Napoli"nin futbolçuları Petr Zelinski və Elif Elmasın koronavirus testi müsbət çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right