Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, bu gün "Bavariya" "Herta"nı qəbul edib. Bol qollu oyunda Münhen klubu qalib gəlib - 4:3. "Bavariya"nın heyətində Robert Levandovski poker edib.
"Bavariya" – "Herta" - 4:3
Qollar: Levandovski, 40, 51, 85, 90+3-pen – Kordoba, 59. Kunya, 71. Nqankam, 88.
Turnir cədvəlinə 7 xalla "Leyptsiq" başçılıq edir. "Auqsburq" və "Ayntraxt" eyni xalla 2-ci və 3-cü yerləri bölüşür. "Bavariya" 6 xalla 4-cüdür.