"Yuventus"da koronavirusa yoluxma

"Yuventus"un iki əməkdaşı koronavirusa yoluxub.
 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mövcud protokolda nəzərdə tutulan yoxlama zamanı 2 əməkdaşın yoluxduğu üzə çıxıb. Onların oyunçu və ya texniki-tibbi personalın üzvləri olmadığı bildirilib.

Qayda və protokollara əsasən, bütün komanda dərhal təcrid olunub.

Qeyd edək ki, "Yuventus" oktyabrın 4-də A Seriyasının 3-cü turunda   "Napoli" ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right