"Yuventus" sabiq futbolçusunu geri qaytardı

"Yuventus" heyətinə yeni futbolçu qatıb.

Newsport.az-ın məlumatına görəTurin klunu "Udinese"dən Rolando Mandraqoranı transfer edib. "Yuventus" 2025-ci ilin yayınadək müqavilə imzaladığı futbolçu üçün qarşı tərəfə 10 milyon 700 min avro ödəyib.

Müqaviləyə əsasən, 23 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında Udinese-də oynayacaq.

Mandraqora "Udineze"yə 2018-ci ildə məhz "Yuventus"dan transfer olunub. O, geridə qalan mövsüm A Seriyasında 26 matça çıxaraq, 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right