Qurbanovsuz qələbə

Gürcüstan çempionatında XII turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görəazərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” doğma meydanda Qori “Dila”sına qalib gəlib - 1:0.

Nicat bu görüşün iştirakçısı olmayıb. Mövsümdə 4 qola imza atan Qurbanovun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.

12 turdan sonra hesabında 12 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right