"Futbol ətir kimidir" Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolu ətirlə müqayisə edib.

Newsport.az-ın məlumatına görə, o, Premyer Liqanın 4-cü turunda “Lids Yunayted”lə matçdan (1:1) sonra komandasının oyunu  haqda danışarkən belə fikirlər səsləndirib:

“Bu əsl futbol deyil. Çünki tribunalarda azarkeşlər yoxdur. Bu ölkəyə gələn və illərdir ki, yüksək səviyyədə çıxış edən futbolçularla fəxr edirəm. Mövsümöncəsi normal hazırlıq prosesi keçməmişdik və problemlərimiz çox idi. Liqada lider olmaqdan uzağıq. Amma qələbə qazanmağa başlamalıyıq. Cəmiyyət qalibləri sevir. Futbol da ətir kimidir. Qələbə qazananda yaxşı qoxarsan, məğlub olanda isə iyrənc”.

Qeyd edək ki, “4 turdan sonra 3 oyun keçirən Mançester Siti” sıralamada 4 xalla 11-ci pillədədir. Cədvələ 12 xalla “Everton” başçılıq edir. “Lester” 9 xalla 2-ci, “Liverpul” isə eyni xalla 3-cü yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right