"Ronaldo məşqə hamıdan əvvəl gəlib. hamıdan sonra gedir" Pirlo

“Yuventus”un baş məşqçisi  Andrea Pirlo futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Newsport.az-ın məlumatına görə,  o, portuqaliyalı hücumçunun çalışqan olduğunu vurğulayıb:

“Ronaldo çox çalışır. O, məşqlərə hamıdan əvvəl gəlib. Hamıdan sonda gedir. Mövsümə çox yaxşı başlayıb. Sonadək belə performans göstərəcəyinə inanıram. İstərdim ki, hər matçda 1-2 qol vursun. O, bizim üçün həqiqətən də vacibdir. Ronaldo hər kəsə nümunədir”.

Qeyd edək ki, Ronaldo 2018-ci ildə “Real”dan “Yuventus”a transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right