“Qarabağ” istənilən rəqiblə mübarizə aparmaq gücündədir" - Emeri

“Vilyarreal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, o, püşkə əsasən, İ qrupunda rəqib olduqları “Qarabağ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”a (Türkiyə) hörmətlə yanaşdığını bildirib. İspan mütəxəssis püşkün həyəcanlı olduğunu vurğulayıb.

 “Bizi uzun səyahətlər gözləsə də, xoş qrup olduğunu düşünürəm. Avropa Liqası son illər çox böyüdüyü üçün rəqiblər bizə çətin anlar yaşadacaq. Hər bir komandanın özünəməxsusluğu var. “Qarabağ” istənilən rəqiblə mübarizə aparmaq gücündədir və Avropada nüfuz sahibidir. Avrokubok ənənəsi olan “Makkabi” də çətin rəqibdir. “Sivasspor”da isə təcrübəli futbolçular cəmləşib. Bizim üçün yenidən bu turnirdə yarışmaq vacib fürsətdir. Bu, ötən mövsümdəki çıxışın mükafatıdır. Qrupdakı matçları səbirsizliklə gözləyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right