"Fənərbaxça" 35 yaşlı hücumçu ilə müqavilə imzaladı

"Fənərbaxça" yeni transferini açıqlayıb.

 

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Alanyaspor"dan ayrılan Papiss Sisseni transfer edib. 35 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Senqallı forvard son iki mövsüm "Alanyaspor"da keçirdiyi 58 oyunda 38 qol vurub. Sisse "Mets" (Fransa), "Frayburq" (Almaniya), "Nyukasl" (İngiltərə), "Şandon Lunin" (Çin) kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right