"Ararat" - "Srvena Zvezda" oyunu ilə bağlı yekun qərar verildi

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Ararat" (Ermənistan) - "Srvena Zvezda" (Serbiya) matçı ilə bağlı qərar verib.

 

Newsport.az-ın məlumatına görə, qitə qurumu matçın Ermənistanda keçirilməsinə qərar verib. Oyun oktyabrın 1-i İrəvanda baş tutacaq.

 

Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana getməkdən imtina etmişdi. Belqrad klubu UEFA-nı məlumatlandıraraq, matçın Kiprə salınmasını istəmişdi. Erməni klubu və qitə qurumu serblərə təhlükəsizliklə bağlı təminat veriblər. Bu səbəbdən də matçın yeri dəyişdirilməyib.

 

"Srvena Zvezda" bu gün koronavirus testindən keçib, sabah İrəvana qələbə üçün yollanacaq.

 

Azərbaycan ordusu erməni işğalında olan bir neçə kəndi və Murovdağda yüksəkliyi işğaldan azad edib. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right