“Dualarımız qəbul olunacaq” - türkiyəli məşqçidən dəstək mesajı

“Neftçi” və “Qarabağ”da məşqçi kimi çalışan türkiyəli mütəxəssis Mehmet Ak cəbhədəki hadisələrlə bağlı paylaşım edib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis “facebook” hesabında bunları yazıb:

“Azərbaycanda 3 il fərqli komandalarda çalışmışam. Fərqli illərdə işğal altında olan torpaqlara yaxın ərazilərdə olmuşam. Kəndlərindən çıxarılmış insanların xatirələrini dinləmişəm. Bir çox insanın atasının, babasının qəhrəmanlıqlarından bəhs etdiyi döyüşlərdə onlarla günahsız insanın həyatını itirdiyi xatirələri dinlədim.

Bir gün “Qarabağ”da işləyən zaman Müşfiq müəllimin ailəsinin məzarına qazılmış səngərlər arasından getdiyini öyrənəndə ona “inşallah, bu torpaqlar yenidən sizin olar” deyə, dua edib, dəstək olmağa çalışmışdım. İndi aradan çox vaxt keçib, ancaq dualarımız qəbul olunacaq. Azərbaycan xalqının və ordusunun yanındayıq, bütün dualarımız sizinlədir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right