"Liverpul" Kariusu yenə icarəyə verdi

"Liverpul" qapıçısı Loris Kariusu icarəyə verib.

 

Newsport.az-ın məlumatına görə, 27 yaşlı qapıçı Almaniyanın "Union Berlin" klubuna keçib. Bundesliqa təmsilçisi almaniyalı əlcək sahibi ilə 1 illik icarə müqaviləsi bağlayıb.

 

"Liverpul" 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında transfer etdiyi qolkiperi son 2 mövsümdə "Beşiktaş"a icarəyə vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right