"Mançester Siti" Benfika"nın mərkəz müdafiəçisi Ruben Diaşın transferini tamamlayıb.
Newsport.az-ın məlumatına görə, "şəhərlilər" bu keçid üçün 55 milyon avro təzminat ödəməyi qəbul edib. Mançester təmsilçisi müdafiəçisi Nikolas Otamendini də Lissabon təmsilçisinə verəcək. 23 yaşlı futbolçu ilə 5 illik razılıq əldə edilib.
Portuqaliya millisinin üzvü "Benfika"nın yetirməsidir. O, ötən mövsüm keçirdiyi 47 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.