Texniki məğlubiyyət verildi “Tottenhem”in oyununda

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində təxirə salınan “Leyton Orient” – “Tottenhem” oyunu baş tutmayacaq. Newsport.az xəbər verir ki, buna səbəb ev sahibi komandaya texniki məğlubiyyətin verilməsidir.

Sentyabrın 22-də keçirilməli olan qarşılaşma “Leyton Orient”in bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınmışdı. Artıq “Tottenhem”in 1/8 final mərhələsinə adladığı açıqlanıb.

Joze Mourinyonun yetirmələri növbəti raundda “Çelsi” ilə London derbisində üz-üzə gələcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah