Adebayor Premyer Liqaya qayıda bilər

Toqolu hücumçu Emmanuel Adebayor yenidən Premyer Liqaya qayıda bilər. Newsport.az xəbər verir ki, 36 yaşlı futbolçu “Vest Bromiç”lə anlaşmaq üzrədir.

Təcrübəli forvard Paraqvay “Olimpiakos”dan ayrıldıqdan sonra azad agentdir. O, Premyer Liqa təmsilçisinə pulsuz qoşula bilər.

Qeyd edək ki, Adebayor “Arsenal”, “Mançester Siti” və “Tottenhem”  kimi klublarda çıxış edib. Futbolçu sonuncu dəfə İngiltərədə 2016-cı ildə "Kristal Pelas"da forma geyinib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah