Suares "Atletiko"nu seçməyinin səbəbini açıqladı

"Atletiko"nun yeni transferi Luis Suares Madrid klubunu seçməsinin səbəbi haqda danışıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, uruqvaylı hücumçu bununa bağlı deyib: "Barselona" məni satışa çıxaranda çoxlu zənglər və təkliflər gəldi. "Barselona" və "Real"la rəqabət apara biləcəyim bir komandaya keçmək istədim.

"Atletiko" həmişə çempionluq uğrunda sona qədər mübarizə aparan rəqabətçi bir komandadır və onlar üçün oynaya biləcəyim anı səbirsizliklə gözləyirəm. Komandaya irəliləməyə və vacib qələbələr qazandırmağa kömək etmək istəyirəm".

Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"da oynayırdı. O, Kataloniya klubunun heyətində ümumilikdə 283 matçda 198 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right