“Ronaldo “Barselona”ya transferimə dəstək oldu”

“Totti ilə “Roma”da, Ronaldo ilə “Yuventus”da, Messi ilə isə “Barselona”da oynamaq şansım oldu. Buffonu da unutmayım. Onlar ilərdir ki, ən yüksək səviyyədə oynayırlar və buna nail olmaq üçün diqqət mərkəzində qalmalı, futbolu sevməlisiniz”.

Newsport.az xəbər verir ki, bu sözləri “Yuventus”dan “Barselona”ya transfer olunan Miralem Pyaniç deyib. 30 yaşlı yarımmüdafiəçi keçid üçün Kataloniya klubu ilə razılaşdığı zaman Kriştiano Ronaldonun ona dəstək olduğunu vurğulayıb:

“Ronaldo məni ruhdan salıb?  Əsla. “Barselona” ilə razılaşdıqda mənə görə çox xoşbəxt olduğunu  söylədi. Ronaldo mənim “Yuventus”dan getdiyimə görə məyus oldu. Amma “Barselona”nı sevəcəyimi də dedi”.

Qeyd edək ki, Pyaniç bu yaxınlarda Kataloniya təmsilçisi ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right