Terim "Neftçi" ilə oyunu xatırlatdı

“Avrokuboklarda bütün oyunlara önəm veririk. Bu qarşılaşma da bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək Xorvatiyanın “Hayduk” (Split) klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, futbolçular yaxşı istirahət etməlidirlər:  “Sabah meydana çıxaracağım komanda "Başakşəhər", "Neftçi" və ya "Qaziantep"lə qarşılaşmalardakı heyət olmayacaq. "Hayduk"u məğlub edib pley-offa adlayacaq, oradan isə qrup mərhələsinə vəsiqə qazanacağıq. Buna əmin ola bilərsiniz. Rəqibi ciddiyə almamaq kimi anlaşılmasın, əksinə çox önəm veririk. Mənim üçün sabahkı matç çox önəmlidir".

Qeyd edək ki, "Qalatasaray" Avroliqanın 2-ci təsnifat mərhələsində "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right