Suares “Barselona” ilə vidalaşdı

“Barselona”dan ayrılacağı gözlənilən Luis Suares komanda ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, uruqvaylı hücumçu klubun bazasında komanda yoldaşları və digər işçilərlə görüşüb.

Bir neçə saat ərzində futbolçunun Kataloniya klubu ilə müqaviləsinə xitam veriləcəyi bildirilib. 33 yaşlı oyunçunun karyerasını “Atletiko”da davam etdirəcəyi gözlənilir.
 
Qeyd edək ki, L.Suares “Barselona”ya 2014-cü ildə “Liverpul”dan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right