Estoniya çempionatda futbolçu 13-cü saniyədə əvəzləndi

Estoniyanın "Nomme Kalyu" klubu ölkə çempionatının 21-ci turunda "Levadiya" ilə matçda maraqlı addım atıb.

 

Newsport.az xəbər verir ki, komandanın çalışdırıcısı Marko Kristal 13-cü saniyədə 16 yaşlı Mark Oliver Roosnuppu əvəz edib. Onun yerinə meydana 22 yaşlı Vladislav Xomutov girib.

Çempionatın əsasnaməsinə görə, hər komanda start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. Mark Oliver Roosnupp klubun yetirməsi kimi oyuna daxil olub və baş məşqçi əsasnaməyə görə onu erkən əvəz edib.

 

Qarşılaşma "Nomme Kalyu"nun məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right