“Barselona” ilə oyundan öncə sıraya döndü

Uzun müddətdir zədədən əziyyət çəkən “Vilyarreal”ın hücumçusu Karlos Bakka sağalıb.
 
Newsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə 34 yaşlı futbolçunun artıq komanda ilə məşqlərdə iştirak etdiyi bildirilir. Bakkanın La Liqanın 3-cü turu çərçivəsində “Barselona” ilə səfər oyununda meydana çıxması da mümkündür. Bu matç sentyabrın 27-də baş tutacaq.
 
Xatırladaq ki, Karlos Bakka iyul ayında sağ ayağından ağır zədə almışdı və həmin dövrdən bəri müalicə alırdı. Kolumbiya yığmasının sabiq hücumçusu 2017-ci ildən “Vilyarreal”ın uğurları üçün çalışır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right