"Lids" Lyorenteni transfer etdi

İngiltərənin "Lids" klubu yeni transferini açıqlayıb.

 

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real Sosyedad"ın müdafiəçisi Dieqo Lyorenteni transfer edib. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu keçid üçün "ağlar" 25 milyon avro təzminat ödəyib.

 

"Real Sosyedad" müqavilə şərtlərinə uyğun olaraq, bu məbləğdən 4 milyon avronu Lyorentenin keçmiş klubu olan "Real Madrid"ə verib.

 

"Real Sosyedad" ispaniyalı futbolçunu 2017-ci ildə "Real Madrid"dən 7 milyon avroya transfer etmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right