Premyer Liqada koronavirusa 3 yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında mütəmadi aparılan koronavirus testləri ilə bağlı növbəti hesabat açıqlanıb.
 
Newsport.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 14-20 sentyabr aralığında Premyer Liqa klublarında bütövlükdə 1574 nəfərdən koronavirus testi götürülüb.
 
Analizlər nəticəsində 3 nəfərdə infeksiyaya yoluxma qeydə alınıb. Lakin onların adları, futbolçu, məşqçi və ya klub işçisi olduğu açıqlanmır. Hazırda hər üç şəxs karantinə alınıb. Onların 10 gün karantində qalacağı bildirilir.
 
Qeyd edək ki, koronavirusa yoluxanlardan biri məlumdur. Belə ki, “Mançester Siti” yarımmüdafiəçisi İlkay Gündoğandan götürülən testin müsbət nəticə verdiyini açıqlayıb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah