"Trabzonspor"un qapıçısı Fransa klubuna keçir

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır Fransanın "Renn" klubundan təklif alıb.

 

Newsport.az "Milliyet"ə istinadla xəbər verir ki, Liqa 1 təmsilçisi 24 yaşlı qolkiper üçün 15+3 milyon avro və növbəti satışdan 15 faiz pay ödəməyə hazırdır. Trabzon təmsilçisi bu təklifi dəyərləndirmək fikrindədir.

 

Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 43 oyunda 48 top buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right